Serena klub sahibi oldu

4 Mart 2025 20:19

Amerikalı məşhur veteran tennisçi Serena Uilyams klub sahibi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, keçmiş raketka ustası Qadın Basketbol Milli Assosiasiyasında (WNBA) mübarizə aparan "Toronto Tempo"nun səhmlərinin yarısını alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda 2026-cı ildə WNBA-da oynamağa başlayacaq.

Qeyd edək ki, Serena Uilyams tennis tarixində böyük uğurlar qazanıb.

Milli.Az