Bakının mərkəzindəki marketdə saxta alkoqollu içkilər AŞKARLANDI: almısınızsa, dərhal qaytarın - FOTO

4 Mart 2025 17:55

Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Gülsəfa Firuddin qızı Abbasovaya məxsus "Star" marketdə Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin, saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az