Salaha əvəzedici tapdılar

4 Mart 2025 19:35

"Barselona"nın cinah oyunçusu Rafinya "Liverpul"un maraq dairəsinə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İngiltərə nəhəngi 28 yaşlı futbolçunu müqaviləsi mövsümün sonunda başa çatacaq Məhəmməd Salahın əvəzedicisi kimi nəzərdən keçirilir. "Barselona" braziliyalı vingeri təxminən 100 milyon avroya satmağa hazırdır.

Bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 38 matçda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib. "Transfermarkt"a görə, onun bazar dəyəri 80 milyon avrodur.

Qeyd edək ki, bir sıra məşhur nəşrlər Rafinya və Salahı bu mövsümün sonunda "Qızıl top"a əsas namizədlər hesab edirlər.

Milli.Az