"Kurtlar Vadisi" serialında Memati obrazı ilə tanınan məşhur aktyor Gürkan Uyğun layihənin yenidən çəkilib-çəkilməyəcəyi ilə bağlı suala cavab verib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, o, bunun böyük büdcə və əziyyət tələb etdiyini bildirərək, serialın yenidən çəkilməsinə ehtiyac olmadığını vurğulayıb.
Uyğun bu açıqlamanı Qazaxıstan Respublikasının baş konsulu Nuriddin Amankul ilə görüşü zamanı verib. Konsulun "Kurtlar Vadisi yenidən çəkiləcəkmi?" sualına aktyor belə cavab verib:
"Bunun üçün böyük büdcə və zəhmət tələb olunur. Bundan sonra olacağını düşünmürəm. O dövrün özünəməxsus sehri var idi. Biz əvvəllər edilməmiş bir iş gördük, fərqli ssenari ilə tamaşaçıların qarşısına çıxdıq və bu, böyük maraq qazandı. Məncə, bunu təkrar etməyə ehtiyac yoxdur" .
Qeyd edək ki, "Kurtlar Vadisi" uzun illər Türkiyədə və bir çox ölkədə böyük populyarlıq qazanan fenomen seriallardan biri olub.
Fidan
Milli.Az