Kloze Emrelini "qaralayıb"

4 Mart 2025 18:51

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan yığmasının hücumçusu Mahir Emrelidən narazıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 

Bildirilib ki, Kloze Mahirin topsuz oyunundan narazıdır. 

Mütəxəssis bununla bağlı açıqlama da verib: "Mahir öz istədiyi zaman topla işləməyi bacarır. Top Emreli istəyəndə onun yanındadır. Lakin sadəcə topun sizə gəlməsini gözləsəniz, çox gözləməli olacaqsınız".

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayından "Nürnberq"dədir. O, meydana çıxdığı 16 oyunda cəmi 4 qol vurub.  

Milli.Az