"Zelenski başqa ölkəyə köçməlidir"

4 Mart 2025 17:57

Ukrayna prezidenti Vladimir Zelenski istefa verməli, neytral ölkəyə köçməli və amnistiya almalıdır.

Milli.Az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.

İş adamı hesab edir ki, Zelenski "Ukraynada demokratiyaya sülh yolu ilə keçid müqabilində" belə qərar verməlidir.

Qeyd edək ki, ABŞ prezidentinin bəzi köməkçiləri Rusiya da daxil olmaqla, istənilən mümkün razılaşmanın bir hissəsi kimi Zelenskinin istefasında israr edirlər. /Publika.az

Milli.Az