Rusiyada zəlzələ oldu

4 Mart 2025 14:19

Kemerovo vilayətinin cənubunda zəlzələ baş verib.

Milli.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Seysmik hadisə Şereqeş dağ-xizək kurortunun yaxınlığında qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,2 bal təşkil edib.

Mütəxəssislər zəlzələnin episentrdə 5,5 bal gücündə olduğunu bildiriblər.

Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib. 

Milli.Az