Rusiyadan bu ölkə ilə əlaqələri kəsəcək qərar - Rəsmən qadağa qoyuldu

4 Mart 2025 12:43

Rusiya Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyalarını davam etdirdiyini iddia edib.

Rusiya buna cavab olaraq 9 Yaponiya vətəndaşının Rusiyaya girişinə qeyri-müəyyən müddətdə qadağa qoyub.

Sanksiya siyahısına Yaponiyanın xarici işlər naziri Takeşi İvaya, Yaponiyanın Kiyevdəki səfiri Nakaqome Masaşi, Yaponiyanın Kiyevdəki sabiq səfiri Matsuda Kuninori, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) nümayəndələri və bəzi biznes rəhbərləri daxildir.

Milli.Az