Dəm qazından ölən Gülnar bu rayonda müəllim işləyirmiş - FOTO

4 Mart 2025 10:01

Ötən gün Mingəçevirdə dəm qazından zəhərlənərək vəfat edən Gülnar Əlizadə müəllim imiş.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı onun çalışdığı Yevlax rayonunun Xaldan qəsəbəsinin tam orta məktəbinin feysbuk səhifəsində paylaşım edilib.

38 yaşlı Gülnar Əlizadə sözügedən məktəbdə tarix müəllimi işləyib.

Milli.Az