Ağ Evdə görüş zamanı Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında münaqişə Amerika tərəfindən qəsdən törədilə bilərdi.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu fikri Almaniyanın gələcək kansleri Fridrix Merz bildirib.
"Məncə, Oval kabinetdəki bu görüş Zelenskinin sözlərinə kortəbii reaksiya deyil, açıq-aydın, təxribatlı eskalasiya idi. Söhbətin tonu məni bir qədər təəccübləndirdi - heç bir fayda vermədi", - Merz şərh edib.
O, Zelenski ilə görüşdə istifadə olunan ritorikanın ABŞ-ın yeni administrasiyasının ümumi davranış xəttinə uyğun olduğuna əmin olduğunu söyləyib.
"Vaşinqtonda gördüklərimiz son bir neçə həftənin hadisələr zəncirində müəyyən ardıcıllıqdır, o cümlədən Amerika nümayəndə heyətinin Münhendə təhlükəsizlik konfransında çıxışı", - Merz deyib.
Milli.Az