MY "Qalatasaray"ın futbolçusuna görə xəbər göndərdi: Bu qədər ödəyirik

4 Mart 2025 09:30

"Mançester Yunayted" klubu "Napoli"nin hücumçusu, hazırda icarə əsasında"Qalatasaray"da çıxış edən Viktor Osimheni heyətinə qatmaq istəyir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd olunur ki, "qırmızı şeytanlar" bu yay Viktorun müqaviləsindəki sərbəstqalma maddəsini aktivləşdirəcəkləri barədə "Napoli"yə məlumat verib. Mançester klubu 26 yaşlı futbolçuya sözləşmədə qeyd olunan məbləği, 75 milyon avronu ödəməyə hazırdır.

Osimhen 2024/25 mövsümündə "Qalatasaray"ın heyətində 27 matçda 20 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun "Napoli" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Milli.Az