Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri Valeri Zalujnıya yeni vəzifə verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Zalujnı Ukraynanın Beynəlxalq Dəniz Təşkilatındakı daimi nümayəndəsi təyin olunub.
O, hər iki vəzifəni eyni anda icra edəcək.
Milli.Az