Müğənni və aktrisa Selena Qomez libası ilə bütün diqqətləri üzərinə çəkib.
Milli.Az xəbər verir ki, onun 97-ci dəfə təşkil edilən Oscar mükafatlandırma mərasiminə geyindiyi libası xüsusi dizaynla hazırlanıb. Belə ki, uzun açıq çəhrayı rəngli donun üzərinə 16 000 xırda şüşə taxılıb.
Geyimin üzərindəki şüşələr tək-tək əllə tikilib. Libas üzərində 12 italiyalı dizayner çalışıb.
Selena gəzdikdə üzərindəki şüşə parçaları parıldayır. Müğənnnin stili üzərində Erin Walsh çalışıb. Onun bu geyimini Sophia Lorenin dərziləri hazırlayıblar. (baku.ws)
Milli.Az