Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
Milli.Az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, Yel çərşənbəsi martın 11-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.
2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.
Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Milli.Az