İşdən qovulan qalmaqallı direktor kimdir? - dosye

3 Mart 2025 22:39

Xəbər verdiyimiz kimi, ad gününə alınan hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edən Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetininin Filologiya (ingilis dili) fakültəsini bitirib. 2005-2022-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb.

2009-cu il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.

L.İlhamsoy 2021-ci ildə YÜKSƏLİŞ müsabiqəsində, 2022-ci ildə "Məktəb liderliyi" proqramının təlimlərində iştirak etməsini avtobioqrafiyasına daxil edib.

Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq 2022-ci il tarixindən Bakı şəhəri Pirallahı rayonu N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdu.

Milli.Az