Berti Foqts: "Allahın işinə qarışa bilmərəm"
30 May 2010 13:59
"Biz böyük hesablı məğlubiyyətə layiq deyildik. Hesab oyuna görə olmadı". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts Makedoniya ilə oyundan sonra deyib.
"Futbolçularımız oyuna zəif başlasa da, ilk 15-20 dəqiqədən sonra normal oynadıq. Rəqib ələ düşən imkanlarından istifadə etdi. Biz imkanlardan yararlana bilmədik", deyə baş məşqçi əlavə edib.
Hava şəraiti barədə danışan Foqts belə deyib: "Allahın işinə qarışa bilmərəm".
Qeyd edək ki, Makedonoya-Azərbaycan yoldaşlıq oyunu 3-1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
/Fanat.az/