Ərdoğan: Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq

3 Mart 2025 22:05

Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk.

Milli.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir: "Eyni zamanda Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq".

Milli.Az