2 yaşlı uşaq faciəvi şəkildə öldü

3 Mart 2025 20:36

Tovuzda azyaşlı bədbəxt hadisənin qurbanı olub. 

Milli.Az xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 2 yaşlı Yusif Rauf oğlu Alıyev yaşadığı evdən nəfəs borusunda yad cismin qalması nəticəsində xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğunda aparılır. 

Milli.Az