Almaniyada DƏHŞƏT: 2 ölü, 25 yaralı var

3 Mart 2025 17:44

Almaniyanın cənub-qərbində yerləşən Manhaym şəhərində naməlum şəxs avtomobilini insanların üzərinə sürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə nəticəsində 2 nəfər həlak olub, daha 25 nəfər isə xəsarət alıb. 

İnsidenti törədən şəxs saxlanılıb. Onun hadisəni bilərəkdən törətdiyi və ya bunun bədbəxt hadisə olması hələ məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhəri əhatəyə alıb.

Milli.Az