Nihat Hatipoğluna qeyri-adi sual verildi - İlahiyyatçı duruxub qaldı

3 Mart 2025 16:16

Hər il Ramazan ayında ATV ekranlarında iftar və səhər proqramları aparan Prof. Dr. Nihat Hatipoğlu izləyicilərdən gələn sualları cavablandırmağa davam edir.

Milli.Az xəbər verir ki, məşhur ilahiyyatçı Nihat Hatipoğlunun proqramında uşaq "Qadağan edilmiş saytdan matç izləmək günahdır?" deyə soruşub. Bu sual qarşısında qısa müddətlik duruxan Hatipoğlu "Sayt şifrəlidirsə, şifrəni qırmaq olmaz. Əgər qırmısansa, o saytın sahibindən halallıq almaq lazımdır" deyib.

Bundan əlavə, Nihat Hatipoğlu matç yayımlarının hər kəsin əldə edə biləcəyi şəkildə pulsuz olması lazım olduğunu müdafiə edərkən həmin anlara aid görüntü sosial mediada viral oldu.

İsmayıl
Milli.Az