Bir ailənin 4 üzvü zəhərləndi - 90 yaşlı kişi ÖLDÜ

3 Mart 2025 15:51

Ordubadda dəm qazından zəhərlənmə olub.

Milli.Az xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.

Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb. 

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az