Messi gələcək karyerası ilə bağlı QƏRARINI VERDİ

3 Mart 2025 16:50

Argentinalı ulduz futbolçu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 37 yaşlı forvard "İnter Mayami" ilə müddəti 2025-ci ilin sonuna qədər olan müqaviləsini uzatmağa meyillidir.

O, Xuan Laportanın prezidentliyi dövründə "Barselona"ya qayıtmamaqda israrlıdır.

Qeyd edək ki, L.Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib.

Milli.Az