Tanınmış alimin oğlu vəfat etdi - FOTO

3 Mart 2025 15:38

Tanınmış neftçi-alim Aydın Kələntərlinin oğlu Azər Kələntərli vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə A.Kələntərlinin oğlu məlumat yayıb.

Bir vaxtlar Bakıdakı ən böyük özəl nəşriyyatın sahibi olan Azər Kələntərli qəfil vəfat edib.

Qeyd edək ki, 2010-cu ildə paytaxtdakı genişmiqyaslı söküntü işləri zamanı Kələntərli ailəsinə məxsus nəşriyyat da sökülüb. Həmin vaxt onlar Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 3 milyonluq iddia qaldırıblar. Bununla yanaşı həmin dövrdə ailə Azərbaycanı tərk edərək ABŞ-yə köçüb. Bir müddət sonra isə Azər Kələntərlinin 3 oğlundan ikisi ABŞ-nin Ohayo şatatında maliyyə fırıldağı ilə əlaqədar həbs olunublar. Onlar 7 milyonluq kredit fırıldağında ittiham ediliblər.

Milli.Az