Vens tətilə getdi, “Milli rüsvayçılıq”la qarşılandı

3 Mart 2025 15:19

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens ukraynayönlü fəalların etirazına görə Vermontdakı xizək kurortunda tətilini dayandırmaq məcburiyyətində qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Post" məlumat yayıb.

Məlumata görə, vitse-prezidentin ailəsinin hazırkı yeri açıqlanmır.

Qeyd edək ki, etirazçılar Vens ailəsinin gəldiyi kurortda yolun kənarına düzülüb, əllərində "Milli Rüsvayçılıq yazılmış lövhələr tutub, vitse-prezidenti xəyanətdə günahlandırıb və onu Rusiyada xizək sürməyə çağırıblar.

Milli.Az