Moskva metro stansiyalarından birində terror aktının qarşısını alınıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları eyni zamanda Moskva vilayətində yerləşən sinaqoqda da terror aktının qarşısını alıb:
"Moskva metrosu və Moskva vilayətində yerləşən sinaqoqda terror aktları hazırlayan terrorçu zərərsizləşdirilib. Cinayətkar silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib. Hücumlardan sonra o, Əfqanıstana getməyi planlaşdırıb", - FTX-nin məlumatında qeyd olunub.
Qurumdan o da bildirilib ki, terror aktları planlaşdıran şəxs əslən Orta Asya ölkələrinin birindən olan Rusiya vətəndaşı olub.
Milli.Az