Arıqlamaq istəyənlər niyə kökəlir?

4 Mart 2025 03:03

Çəki atmaq istəyənlərin qarşılaşdığı ən böyük çətinliklərdən biri arıqlama ilə bağlı geniş yayılmış miflər və yanlış məlumatlardır.

Milli.Az xəbər verir ki, bu miflər müvəqqəti nəticələr əldə etməyə səbəb olur, amma nəticədə çəkilər yenidən geri qayıdır.

Bəs nəyi yanlış edirik?

 "Az yesən, daha arıq olarsan" - Çox sərt məhdudiyyətlər, bədənin maddələr mübadiləsini zəiflədir və bədən "qənaət rejiminə" keçir. Nəticədə, bədən hər qramı ehtiyatda saxlamağa başlayır, bu da çəki artımına gətirib çıxara bilər.

"Yağlar bədən üçün təhlükəlidir" - Əslində, "Omega-3" və "Omega-6" yağ turşuları piylərin parçalanmasını sürətləndirir və bu yağların çatışmazlığı, hormon balansını pozaraq, əzələ tonusuna təsir edə bilər.

"Superqidalar piyləri əridir" - Goji giləmeyvəsi və spirulina kimi məhsullar, arıqlama üçün lazım olan kalori defisitini əvəz etmir. Bunlar, marketinq hiylələridir və əsas prinsiplərdən biri, enerjinin sərf ediləndən az olmasıdır.

"Yerində yağ yandırmaq mümkündür" - Əzələ məşqləri yalnız qarın piylərini yandırmır. Qarın piylərindən qurtulmaq üçün ümumi bədən piyinin qadınlarda 25, kişilərdə isə 15 faizdən aşağı salınması vacibdir.

 "Detoks çayları orqanizmi təmizləyir" - Detoks çayları bədəndən yalnız suyu çıxarır və bağırsaq mikroflorasını poza bilər. Bu isə maddələr mübadiləsini zəiflədərək, arıqlama prosesini çətinləşdirir.

Bəs doğru olan nədir?

Kalori ehtiyacınızı hesablayın və gündəlik normadan 15-20 faiz az qəbul edin. Zülal-yağ-karbohidrat balansını qoruyun. Zülal əzələlərin qorunmasını təmin edir, yağlar hormon balansını saxlayır, mürəkkəb karbohidratlar isə enerji verir. Fiziki fəaliyyətə vaxt ayırın. Sevdiyiniz idman növünü seçin və bunu həzz alınan bir fəaliyyətə çevirin. Stresi idarə edin. Meditasiya və hobbilər, arıqlama prosesinə müsbət təsir göstərir. Unutmayın: Arıqlamaq yalnız pəhriz deyil, balanslı həyat tərzi ilə mümkündür.

Asya
Milli.Az