Bakıda evdə partlayış olub.
02.03.2025-ci il tarixdə saat 04:15 radələrində 1977-ci il təvəllüdlü Bina qəsəbəsi, Xəqani küçəsi döngə 9 ev 5 ünvanında yaşayan Qasımov Camaləddin Məhsum oğluna məxsus bir mərtəbəli həyət evinin mətbəxində baş verən qaz sızması nəticəsində yaranan partlayışdan evin bir hissəsi yanmış və ailə üzvləri xəsarət alıb.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.
Milli.Az