45 yaşlı kişi dəm qazından öldü

3 Mart 2025 09:03

Bakıda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Milli.Az xəbər verir ki, hadisə Nəsimi rayonu, F.Qasımov küçəsi ev 27 ünvanında qeydə alınıb.

Həmin mənzildə kirayət yaşayan, 1980-ci il təvəllüdlü kişi dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az