Azərbaycanda siqaret bahalaşdı

3 Mart 2025 08:43

Bu gündən etibarən Azərbaycanda bəzi tütün məmulatlarının qiyməti artıb.

Bu barədə Trend-ə məlumatı siqaret satışı ilə məşğul olanlar verib.

Bildirilib ki, artıq bu barədə siqaret satışı ilə məşğul olan şirkətlər onları məlumatlandırıb.

Məlumata görə, "LD", "Winston", və "Sobranie" (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb.

"Kent" markalı siqaretlərin də bahalaşacağı gözlənilir.

Milli.Az