Xarkova dron zərbəsi endirildi - yaralananlar var - YENİLƏNİB

3 Mart 2025 07:57

07:57

Rusiya dronlarının növbəti hücumu Ukraynanın bir sıra bölgələrində partlayışlarla nəticələnib.

Milli.Az xəbər verir ki, Xarkovun mərkəzində yerləşən çoxmərtəbəli binaya "Şahed" dronu ilə zərbə endirilib.

Hadisə nəticəsində biri uşaq olmaqla yeddi nəfər yaralanıb.

PUA zərbəsi nəticəsində üç evə ziyan dəyib, yüz əlliyə yaxın evin pəncərə sınıb.

---------
06:34

Rusiya dronlarının növbəti hücumu Ukraynanın bir sıra bölgələrində partlayışlarla nəticələnib.

Milli.Az xəbər verir ki, Xarkovun mərkəzində yerləşən çoxmərtəbəli binaya "Şahed" dronu ilə zərbə endirilib.

Binanın mərtəbələrindən birində yanğın baş verib. /APA

Milli.Az