İmişlidə 4 yaşlı uşaq iynədən öldü

3 Mart 2025 07:06

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.

Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /APA
 
Milli.Az