İranın vitse-prezidenti istefa verdi

3 Mart 2025 06:54

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Zərif istefa ərizəsini İran Məclisinin iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən uzaqlaşdırılmışdı.

Bununla belə, İran prezidenti Məsud Pezeşkian hələlik Zərifin istefasını qəbul etməyib.

Milli.Az