PSJ-nin futbolçusu Usman Dembele yeni rekorda imza atıb.
Milli.Az xəbər verir ki, bu barədə "Stats Foot" məlumat yayıb.
28 yaşlı hücumçu buna Fransa çempionatının 24-cü turu çərçivəsində "Lill"lə oyunda (4:1) qol vuraraq nail olub.
Fransalı vinger 2025-ci ildə vurduğu qollarının sayını 18-ə çatdırıb. Beləliklə o, 21-ci əsrdə Avropanın "böyük beşlik" çempionatlarına aid rekordu yeniləyib. Bu əsrdə yanvarın 1-dən martın 1-dək Avropanın ən yaxşı beş liqasında heç bir oyunçu bu qədər qol vurmayıb. Buna qədər sözügedən rekord Lionel Messiyə məxsus idi. "İnter Mayami"nin futbolçusu "Barselona"da çıxış edərkən - 2016-cı ildə martın 1-nə qədər 17 qol vurmağı bacarmışdı.
Qeyd edək ki, Dembele hazırda Liqa 1-də 18 qolla çempionatın bombardiridir. O, bu mövsüm ümumilikdə 33 oyuna 26 qol vurub, 6 qol ötürməsi edib. (Fanat.Az)
Milli.Az