Britaniyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Kral Çarlsla görüşüb.
Milli.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Zelenski Londondan helikopterlə kralın malikanəsinə enib. Çarlz Ukrayna liderini özü qarşılayıb.
Məlumata görə, Kral Zelenskini ABŞ Prezidenti Donald Trampla münasibətlərini düzəltməyə çağırıb.
Xatırladaq ki, hər iki ölkənin prezidenti bir neçə gün əvvəl Ağ Evdən yayımlanan birbaşa efirdə böyük mübahisə yaşayıblar. Onarın sözlü savaşı dünya gündəminə çevrilib.
Milli.Az