Qazaxıstanda bir ailənin yeddi üzvü qazdan öldü

2 Mart 2025 19:49

Qazaxıstanın Manqıstau vilayətində bir ailənin beşi uşaq olmaqla yeddi üzvü qazdan zəhərlənərək ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölənlərin hamısı Özbəkistan vətəndaşıdır.

Məlumata görə, hadisə fərdi yaşayış evində qeydə alınıb. İlkin ehtimala əsasən, insident qaz avadanlığından düzgün istifadə edilməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az