18 yaşlı gənc hamamda ölü tapıldı

2 Mart 2025 19:17

İsmayıllıda 18 yaşlı gənc hamamda ölü tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərdə kirayə yaşayan Ağdam rayon sakini, 2007-ci il təvəllüdlü Əliyev Rahib Elnur oğlu hamamda ölüb.

Onun dəqiq ölüm səbəbi hələlik bilinmir. Məlumata görə, mərhum İsmayıllı Humanitar Kollecinin tələbəsi olub.

Milli.Az