İsrail Qəzzanı PUA-larla vurdu - ölənlər var

2 Mart 2025 16:49

İsrail Qəzzaya pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib, ölənlər və yaralılar var.

Milli.Az-ın xəbərinə görə, İsrail Müdafiə Nazirliyi Qəzzanın şimalında israilli hərbçilərə yaxınlaşan və partlayıcı qurğu quraşdırmağa çalışan bir neçə şübhəliyə PUA ilə zərbə endirildiyini açıqlayıb.

Fələstin mediası isə Beyt-Hanunda PUA zərbəsi nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı barədə məlumat yayıb. /APA

Milli.Az