PKK-nın daha bir qolundan ÇAĞIRIŞ

2 Mart 2025 22:20

PKK terror təşkilatının daha bir qolu olan HPG İmralı həbsxanasındakı Abdullah Öcalanın atəşkəs çağırışına qoşulub.

Milli.Az report-a istinadən xəbər verir ki, PKK İran - İraq sərhədindəki Kandil bölgəsində elan etdiyi atəşkəs bütün qruplara aiddir: "Hər kəs bu qərara əməl etməlidir. Qərardan kənara çıxma hallarına yol verilməməlidir".

Xatırladaq ki, daha əvvəl PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib. Bunun ardınca PKK terror təşkilatı Kandildə atşəkəs elan edib.

Milli.Az