İtləri ilə gəzməyə çıxan qadın KABUS YAŞADI: heyvanları öldürüldü, özü isə.. - VİDEO - FOTO

2 Mart 2025 17:55

Moskva vilayətində akita-inu cinsindən olan it qadının üzərinə atılaraq onun üzünü və əllərini dişləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə qadının şpis və siba-inu cinsindən olan itləri ilə gəzərkən baş verib.

İtlərin sahibəsi köpəyin hücumuna məruz qalan şpisi xilas etməyə çalışarkən özü hədəfə çevrilib. Bu zaman siba-inu da ağır yaralar alıb.

Yoldan keçənlər aqressiv iti ərazidən uzaqlaşdıra biliblər. Lakin veterinarlar qadının itlərini xilas edə bilməyiblər, onlar ölüblər.

Bədənində çoxsaylı dişləmə izləri olan 46 yaşlı qadın hücum edən itin sahibini məsuliyyətə cəlb etmək niyyətindədir.

Milli.Az