Mingəçevirdə binada yanğın oldu

1 Mart 2025 20:14

Mingəçevirdə yüksək mərtəbəli binada yanğın həyəcanı yaşanıb. 

Milli.Az-ın məlumatıma görə, hadisə Heydər Əliyev prospektində yerləşən yeni köçkün şəhərciyində baş verib. 

Belə ki,  9 mərtəbəli binanın elektrik təsərrüfatında baş verən qısaqapanma həyəcana səbəb olub. 

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları təhlükəni lokallaşdıraraq yanğının böyüməsinin qarşısını alıb. (Unikal)

Milli.Az