"Yuventus"un keçmiş futbolçusu 32 yaşında öldü

1 Mart 2025 19:35

İspaniyalı sabiq futbolçu Niko Hidalqo vəfat edib. 

Milli.Az xəbər verir ki, bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkən oyunçu 32 yaşında dünyasını dəyişib. N.Hidalqo 2021-ci ildən sözügedən xəstəliklə mübarizə aparırdı. O, 2022-ci ildə səhhəti ilə əlaqədar karyerasını bitirmişdi. "Kadiz" klubu futbolçunun vəfatı ilə bağlı paylaşımında bildirib:

"Niko aramızdan ayrıldı. Sənin təbəssümünü və sevincini heç vaxt unutmayacağıq. Mübarizən bizim üçün nümunədir. Nur içində yat".

Qeyd edək ki, 2014-2017-ci illərdə "Yuventus" çıxış edən N.Hilalqo həmin illərdə icarə əsasında İspaniyada "Qranada", "Kadiz" klublarında forma geyinib. (Offsideplus.az)

Milli.Az