Bu şəxslərin peşəkar mühasib sertifikatı imtahanlarında iştirak etmələrinə ehtiyac olmayacaq

1 Mart 2025 16:08

ACCA ilə (Association of Chartered Certified Accountants - Sertifikatlı Mühasiblər Assosiasiyası - red.) yeni memorandumumuza görə gələcəkdə ACCA tərəfindən peşəkar mühasib sertifikatının F7 səviyyəsində tanınması nəzərdə tutulur.

Bu sözləri Trend-ə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) PHŞ PMS imtahanları üzrə aparıcı məsləhətçisi Faiq Abdulla deyib.

O bildirib ki, bu baxımdan təkmilləşdirmə işləri aparılır:

"Memorandum təsdiqləndikdən və imtahanlar keçirildikdən sonra həmin imtahandan sertifikat almış şəxslər ACCA üzvü olacaqlar. Bu da həmin şəxslərin sertifikatının F7 səviyyəsində tanınmasına gətirib çıxaracaq".

"Nəticədə 5 ildən sonra onların peşəkar mühasib sertifikatı imtahanlarında iştirak etmələrinə zərurət yaranmayacaq", - deyə F.Abdulla vurğulayıb.

Milli.Az