Aeroport sahibinin ölkədən çıxışına qadağa qoyuldu

1 Mart 2025 16:36

Rusiyanın məşhur Domodedovo hava limanının sahibi Dmitri Kamenşçikin Rusiyadan çıxışına qadağa qoyulub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müvafiq qərar fevralın 25-də qəbul edilib. Bu, "Domodedovo Airport" şirkətlər qrupuna xarici ölkələrin rezidentlərinin təsirində olmasından şübhələnən Baş Prokurorluğun iddiası ilə bağlıdır.

İttiham tərəfi iddia edir ki, Kamenşçik Türkiyə və BƏƏ, Koqan isə İsrail sakinidir. Onların nümayəndələri isə bu məlumatı təkzib ediblər.

Bununla belə, Moskva vilayətinin Arbitraj Məhkəməsi artıq Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə "Domodedovo" şirkətlər qrupunun bütün aktivlərinə həbs qoyub. Hava limanı Federal Hava Nəqliyyatı Agentliyinin mülkiyyətinə keçə bilər.

Milli.Az