Asəf İsgəndərliyə metropolitendə yüksək vəzifə verildi

1 Mart 2025 15:18

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib. 

Milli.Az qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə 35 yaşlı Asəf İsgəndərli gətirilib. 

O bu təyinata qədər "Veysəloğlu" və "Azərsun Holdinq"də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Milli.Az