Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın prezidenti Donald Trampa ukraynalı boksçu Aleksandr Usıkın çempionluq kəmərini təqdim edib.
Milli.Az RB Sport-a istinadla xəbər verir ki, bu hadisə Zelenskinin Ağ Evə səfəri zamanı baş verib.
Məlumata görə, Usık 2024-cü ilin avqustunda WBC çempionluq kəmərini Zelenskiyə bağışlayıb. Fevralın 13-də isə Ukrayna prezidenti Trampa bu kəməri verəcəyini vəd edib və Vaşinqtonda keçirilən görüş zamanı sözügedən vədini yerinə yetirib.
Qeyd edək ki, görüş öncəsi Tramp və Zelenski arasında açıq mübahisələr yaşanıb. Brifinqdən sonra Zelenski Ağ Evi erkən tərk edib və planlaşdırılan nadir torpaq metalları sazişinin imzalanması və mətbuat konfransı ləğv edilib.
Fidan
Milli.Az