Bu ölkədə güclü zəlzələ oldu

1 Mart 2025 12:27

İndoneziya sahilində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 355 min nəfərin yaşadığı Ambon şəhərindən 375 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 151 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az