Ukrayna Prezidenti: Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm

1 Mart 2025 15:38

"Müharibənin bitməsini ən çox Ukrayna xalqı istəyir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "FOX News" telekanalına müsahibəsində deyib.

Atəşkəs yetərlidirmi?

Ölkəsinə təhlükəsizlik zəmanəti verilməsindən danışan Zelenski münaqişənin həlli üçün atəşkəsin yetərli olmadığını və müharibənin bitməsini daha çox yalnız Ukrayna xalqının istədiyini vurğulayıb.

O, Rusiya ilə sülh imkanlarını da dəyərləndirib:

Rusiya ilə sülh imkanları

"Sülh sadəcə müharibənin olmaması demək deyil. Lakin buna baxmayaraq, mən xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm. Çünki ölkəmizdə hər kəs sabah Rusiya Prezidentinin yenidən hücum edəcəyindən ehtiyatlanır. Rusiya evlərimizə hücum edib və bu zaman onların nə etdiyini də bütün dünya görüb. Biz bunun təkrarlanmamasını istəyirik. Ona görə də ölkəmizin təhlükəsizlik zəmanətinə ehtiyacı var".

Faydalı qazıntılarla bağlı razılaşma

V. Zelenski rəsmi Kiyevin faydalı qazıntılarla bağlı razılaşma imzalamağa əvvəlki kimi hazır olduğunu söyləyib.

Avropanın zəmanəti - sülhməramlıların yerləşdirilməsi təklifi

Onun qənaətincə, bu istiqamətdə ilk addım rəsmi Vaşinqtonun Ukraynaya təhlükəsizlik ilə bağlı tutarlı zəmanət verməsindən keçir:

"Avropanın da zəmanətə ehtiyacı var. Bunun üçün isə avropalı sülhməramlılar Urkaynanın ərazisində yerləşdirilməlidir. Bu müddət isə müharibənin sonunaqədərki dövrü əhatə etməlidir".

Milli.Az