Mask 14-cü dəfə ata oldu

1 Mart 2025 11:30

Neuralink şirkətinin meneceri Siobhan Zilis, sahibkar və Amerika Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskdan dördüncü övladını dünyaya gətirib.

Milli.Az xəbər verir ki, bu barədə Zilis X sosial şəbəkəsində paylaşım edib.

Bununla da məşhur iş adamı 14-cü dəfə ata olub.

Xatırladaq ki, bir müddət əvvəl amerikalı bloger Ashley St. Clair məhkəməyə müraciət edərək Elon Muskın beş aylıq oğlunun atası kimi tanınmasını tələb etmişdi. İddiaya görə, onlar 2024-cü ilin yanvarında Saint Barthélemy adasında birlikdə olduqları zaman uşaq sahibi olublar.

Fevralın 15-də St. Clair, SpaceX sahibinin daha bir varisini dünyaya gətirdiyini açıqlamışdı.

Fidan
Milli.Az