Tramp və Zelenski görüşü ANALİZ

1 Mart 2025 15:47

"1938-ci ildə Britaniya Baş Naziri Neville Chamberlain Adolf Hitlerle Münih Sazişini imzalayaraq Hitlerə Çexoslovakiyanın Sudet vilayətini vermişdi. Chamberlain bu addımı "sülhü qorumaq" məqsədilə atdığını elan etsə də, nəticədə Hitler dayanmayaraq əvvəlcə Çexoslovakiyanın qalan hissəsini, daha sonra isə Polşanı işğal etdi. Bu isə bəşər tarixinin ən qanlı müharibəsinin - İkinci Dünya Müharibəsinin başlanmasına səbəb oldu".

Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, əgər 1938-ci ildə Çexoslovakiya və digər güclü ölkələr Sudet vilayətini Hitlərə vermək əvəzinə birləşib, ona qarşı mübarizə aparsaydılar, o dövrün ən dəhşətli müharibəsi yaşanmazdı. Bu gerçəyi dünya siyasətinin nəhəngləri yaxşı bilirlər və bu baxımdan dünyada baş verən hadisələr diqqətlə izlənir.

"Son dövrlərdə isə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş dünya ictimaiyyəti və Rusiya üçün mühüm bir ssenari təqdim edir. Bu görüş yalnız göründüyü kimi bir diplomatik tədbir deyil, eyni zamanda xüsusi strateji mesajlar daşıyan bir oyunudur.

Tramp və Zelenskinin görüşü əslində dünya siyasətində bir sıra mühüm mesajların verildiyi və yalnız diqqətli peşəkarların görə biləcəyi bir neçə vacib elementlərlə zəngindir. Bu görüşün ssenarisi həm də dünya siyasətindəki daha geniş maneələri və potensial təhlükələri anlamağa imkan verir".

Asya
Milli.Az