İmsakda tövsiyə olunan 7 qida

1 Mart 2025 09:35

Ramazan ayında bəzi qidalardan istifadə etməklə gün ərzində tox və gümrah qala bilərsiniz.

Milli.Az həmin qidaların siyahısını təqdim edir:

Qatıq və ya kefir - Probiotik xüsusiyyətləri sayəsində həzm sistemini tənzimləyir və uzun müddət toxluq hissi verir.

Tərəvəz - Tərkibində çox su olan qidalardandır və az kalorili olduğu üçün aclığı yatırmaqda çox təsirlidir. Xüsusilə xiyar, cəfəri və pərpərən imsak üçün daha uyğundur.

Qoz-fındıq - Sağlam yağlar və protein tərkibi ilə toxluq hissi verdiyi üçün yeyilə bilər. Ancaq qoz-fındıqların həddindən artıq istehlakı artıq kalori qəbuluna səbəb olduğu üçün diqqətli olmaq lazımdır.

Banan - İmsakda banan yemək həzmi tənzimləyir və gün ərzində aclıq hissinin qarşısını alır. Banan həm də kaliumla zəngin meyvədir və qan şəkərini balanslaşdırır.

Dənli bitkilər - Tam taxıllı qidalar, əsasən də yulaf əzməsi zəngin lif tərkibi ilə həzmi ləngidir və gün ərzində aclıq hissini gecikdirir.

Kəsmik - Xüsusilə duzsuz kəsmik susuzluğu artırmır, uzun müddət tox qalmağa kömək edir.

Yumurta - Yüksək keyfiyyətli protein ehtiva edir və uzun müddət tox saxlayır. Zülal həzmi uzun sürən qida maddəsi olduğundan, aclıq hissinin qarşısını alır.

Milli.Az